Ermənilər Gəncəni bombaladı-13 yaşlı Rusiya vətəndaşı Şəhid oldu

Ermənilər Gəncəni bombaladı-13 yaşlı Rusiya vətəndaşı Şəhid oldu
“Həyat və gələcəklə bağlı böyük xəyalları olan bu yaraşıqlı, 13 yaşlı yeniyetmə Ermənistanın Gəncəyə atdığı raket zərbəsi nəticəsində ağır yaralanmış Rusiya vətəndaşı Mayakov Maksim Vasilyeviçdir”. Bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün “twitter” səhifəsində yazıb. O bildirib ki, M. Mayakov bu gün həlak olub: “ O, xalasıgilə qonaq getmişdi”. 17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Maksim Vasilyeviç (Ramiz oğlu) həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat edib. Qeyd edək ki, Erməni silahlı birləşmələrinin oktyabrın 17-də Gəncə şəhərini raket atəşinə tutması nəticəsində 14 mülki şəxs şəhid olmuş, 55 nəfər xəsarət almışdı.