Gəncə işi ilə bağlı daha bir məhkəmənin ilkin iclası təyin edildi

Gəncə işi ilə bağlı daha bir məhkəmənin ilkin iclası təyin edildi

2018-ci ilin 3 iyulunda Gəncədə baş verən olayla bağlı daha bir istintaq işi yekunlaşıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, olayla bağlı təqsirləndirilən Müşfiq Qurbanov və Yusif Sadıqovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclasının vaxtı məlum olub.

Gəncə Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, məhkəmənin hazırlıq iclası iyulun 30-da keçiriləcək.

İş araşdırılması üçün hakim Məhəmməd Bağırovun icraatına verilib.

Qeyd edək ki, iki il öncə iyulun 3-də Gəncə sakini Yunis Səfərov Gəncənin o zamankı icra başçısı Elmar Vəliyevə odlu silahdan atəş açıb. Nəticədə E.Vəliyev və onun mühafizəçisi Qasım Aşpazov yaralanıb. 

Məhkəmə önünnə çıxarılacaq Yusif Sadıqov və Müşfiq Qurbanovun yaxınları iddia edir ki, onların icra başçısına qarşı törədilən sui-qəsdlə heç bir əlaqələri yoxdur.