Gəncə məhbusunu həbsxanada döyüblər

Gəncə məhbusunu həbsxanada döyüblər

Gəncə məhbusu Elvin Nəzərovu həbsxanada döyüblər

Bu barədə xanımı Şəbnəm Nəzərova Vetenugrunda.az-a məlumat verib: "Elvin Şəkidəki həbsxanaya köçürüldüyü gündən ona qarşı psixoloji müharibə başlayıb. Həbsxananın rejim rəisi Əliyev Ramin ilk gündən Elvinə qarşı təzyiq göstərir. Dəfələrlə Elvini "karsa" salmaq üçün ona qarşı müxtəlif bahanələr uydurub. Dünən isə Elvini məcbur edib ki başını qırxdır. Elvinin də başında tük yoxdur, təzə qırxıb başını. Ramil deyib ki, belə bir qanun yoxdur, sadəcə olaraq mənim kefim belə istəyir. Deyib, mən elə oğullar görmüşəm burda, sən onların yanında heç nəsən". 

Elvin Nəzərovun ailəsi deyir ki, o, istintaq zamanı dəhşətli işgəncələr gördüyü üçün şiddətli baş və ürək ağrılarından əziyyət çəkir: "Elvinə işgəncə verəndə onun qulaqlarına o qədər vurublar ki ağzından, qulaqlarından günlərlə qan axıb. İndi də bu vəziyyətdə olan adama həm fiziki, həm də psixoloji basqılar dayanmır. Elvin deyir ki, Ramin Əliyevlə bağlı hətta rəisə də şikayət edib. Amma xeyri olmayıb.

Elvinin başında tük olmadığı halda rəis müavini İlqar adlı şəxs və Ramin Əliyev Elvini karsa salıb başını aparatla qırxıblar və İlqar onun başına aparatla döyüb. Başını qırxdıqdan sonra "karsdan" çıxarıblar

Qeyd edək ki, Elvin Nəzərov Şəkidə cəzaçəkmə müəssisəində saxlanılır.

P.S

Yazıda adı çəkilən qurum və şəxslərin mövqeyini dərc etməyə hazırıq 

YADDAŞ

Xatırladaq ki, Elvin Nəzərovun da daxil olunduğu 6 nəfərlik qrupa 2019-cu ilin 1 mart tarixində Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə

6 nəfərlik qrupa 2019-cu ilin 1 mart tarixində Sabunçu Rayon Məhkəməsində hökm oxunub. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Xəqani Səmədovun sədrliyi ilə keçirilən məhkəmədə

Allahverdiyev Elvin Nəriman oğlu 7 il

Nəzərov Elvin Novruz oğlu 7 il

Məmmədov Renat Miri oğlu 6 il

Xudiyev Vüqar Mənsur oğlu 7 il

Rüstəmov Elman İlham oğlu 8 il

Heydərli Nemət Hikmət oğlu 8 il müddətinə azadlıqdan məhrum edilib.

Yuxarıda adları çəkilən məhkumların hamısı eyni maddə ilə (220.1 -vətənə xəyanət) ittiham edilir. Lakin Rüstəmov Elman İlham oğlu və Heydərli Nemət Hikmət oğlu eyni zamanda polisə müqavimətdə (315.2) təqsirləndirlir.

Adları çəkilən şəxslərə CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə ittiham olunurlar. Gəncədə ötən il icra başçısının güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində, orada polislərə xəsarət yetirməkdə suçlanırlar.

Avqustun 29-da Bakı Apellyasiya Məhkəməsinində keçirilən sonuncu prosesdə hakimin qərarıyla həm ittiham maddələri dəyişib, həm də cəzalar azaldılıb – E.Allahverdiyev, E.Nəzərov, V.Xudiyev və R.Məmmədova 220-ci maddə ilə verilən ittiham 29.220.1 (kütləvi iğtişaşda iştiraka cəhd) maddəsinə tövsif olunub. E.Allahverdiyevin cəzası 4 ilə, V.Xudiyevin cəzası 3 ilə, E.Nəzərov və R.Məmmədovun hər birinin cəzası isə 2 il 6 aya endirilib.

Təqsirləndirilən E.Rüstəmova 220.1 maddəsi ilə irəli sürülmüş ittiham olduğu kimi saxlanıb. Ancaq 315.2 maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub. Cəzası da 8 ildən 5 ilə endirilib.

Azadlığa buraxılan N.Heydərliyə gəlincə, ona 1 il cəzası kəsilib və müddət tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılıb.

Elvin Nəzərov və onunla birlikdə məhkəməyə çıxarılan bütün qrup üzvləri siyasi məhbus elan edilib.