Xanlar Vəliyev: "Birinci yarımildə fərarilik qeydə alınmayıb"

Xanlar Vəliyev: "Birinci yarımildə fərarilik qeydə alınmayıb"
“Cari ilin birinci yarımili ərzində hərbi hissəni və ya xidmət yerini döyüş şəraitində özbaşına tərketmə cinayəti ümumiyyətlə qeydə alınmayıb”. Bu faktı Azərbaycanın Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev bu gün “Xalq Qəzeti”ndə dərc edilən məqaləsində qeyd edib. X.Vəliyev bildirib ki, istər Prezident İlham Əliyevin, istərsə də Birinci vitse-prezident Mehriban Əliyevanın hər bir çağırışı həmişə milli maraqların təmin edilməsinə, dövlətin qüdrətlənməsinə, xalqın rifahına və ölkədə firavan həyatın davamlılığına hesablanır: “Cari ilin ötən dövrü prokurorluğun uğurlu mərhələsi kimi tarixin yaddaşına düşüb. Cari ilin birinci yarımilində qeydə alınmış cinayətlərin 99,5 faizi açılıb. Cari ilin birinci yarımili ərzində fərarilik cinayəti qeydə alınmayıb”.