Göyçayda itlərin hücum etdiyi şagird vəfat etdi

Göyçayda itlərin hücum etdiyi şagird vəfat etdi

Göyçay rayonunda bayram günü papaq atmağa gedən yeniyetmənin üstünə itlər hücum edib

2006-cı il təvəllüdlü Qarabaqqal kənd orta məktəbinin 10-cu sinf şagirdi Ömərov Arif Asif oğlu hadisə zamanı qorxaraq stress keçirib. O, Novruz bayramı günü axşam saatlarında qonşuların həyətinə papaq atarkən küçədə itlərin hücumuna məruz qalıb.

Qaranlıq vaxtı köməksiz olduğu üçün itlərdən qorxub, halı pisləşib. Qorxu səbəbindən xəstələnən 10-cu sinif şagirdi xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Arif 5 gün sonra orada vəfat edib. Allah rəhmət eləsin şagirdimizə.