"Gözəl guşələrimizin birində dincəlirəm"

"Gözəl guşələrimizin birində dincəlirəm"

Masallının bu gün vəzifəsindən azad edilən icra başçısı Şahin Məmmədov açıqlama verib.

Sabiq icra başçısı bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasətini hər zaman dəstəkləyib və onun sadiq əsgəri olub:

"Bu gün də cənab prezidentin sadiq əsgəriyəm. Vəzifədə olsam da, olmasam da, bu, belədir. Allah cənab Prezidenti qorusun. Məni 19 il - üç dəfə etimad göstərərək, başqa-başqa rayonların icra başçısı təyin edib. Bu, mənim üçün çox böyük etimaddır. Zəhmətkeş bir ailənin övladı olmuşam. Məmur övladı olmamışam. Buna görə özümü şanslı hiss edirəm.

Bundan sonrakı fəaliyyətimə gəlincə, hazırda istirahətdəyəm. Gözəl guşələrimizdən birində dincəlirəm. Bundan sonra nə məsləhət bilinəcəksə, o da olacaq ".

Şahin Məmmədov Prezident İlham Əliyevin Sərəncamına əsasən bu gün vəzifəsindən azad edilib. (manşet.az)