Həbsdə olan sabiq icra başçısı ŞAİRLİYƏ BAŞLAYIB

Həbsdə olan sabiq icra başçısı ŞAİRLİYƏ BAŞLAYIB

Həbsdə olan sabiq icra başçısı şeir yazır, namaz qılır 

Hüquq müdafiəçiləri Dövlət Təhlükəsizliyi Xidmətinin istintaq təcridxanasında monitorinq keçirib.

İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib.

O qeyd edib ki, komitənin hüquq şöbəsinin rəhbəri Rövşən Məmmədovla birgə DTX-nın istintaq təcridxanasında saxlanılan şəxslərlə görüşüb:

"Görüşdüyümüz şəxslərdən biri də, həbsdə olan Şəmkirin keçmiş icra başçısı Alimpaşa Məmmədov idi. Alimpaşa Məmmədov saxlanma şəraitindən heç bir narazılıq ifadə etmədi. O, namaza başlayıb, şeir yazır və asudə vaxtlarında iqtisadi layihələr üzərində işləyir".

Sabiq vergilər naziri Fazil Məmmədovun himayəsində olduğu deyilən Alimpaşa Məmmədov işlədiyi müddətdə vətəndaşlara qarşı kobudluğu ilə yadda qalıb.