Həcc ziyarəti üçün "Sputnik V" peyvəndi təsdiqləndi

Həcc ziyarəti üçün "Sputnik V" peyvəndi təsdiqləndi

Səudiyyə Ərəbistanı İctimai Səhiyyə Təşkilatı Rusiyanın "Sputnik V" peyvəndi ilə peyvənd olunmuş şəxslərin Həcc və Ümrə ziyarəti üçün ölkəyə buraxılacağını açıqlayıb.

Səudiyyənin ictimai səhiyyə təşkilatı, "Viqayə" proqramının son yeniləməsində Rusiya peyvəndi Sputnik-i ölkəyə daxil olmaq üçün təsdiqlənmiş peyvəndlər siyahısına daxil edib.

Bu təşkilat, iki doza Sputnik V peyvəndi alan şəxslərin 2022-ci il yanvarın 1-dən etibarən ölkəyə "qısa səfər, o cümlədən Ümrə və Həcc ziyarəti üçün" buraxılacağını açıqlayıb.

Rusiyanın birbaşa investisiya fondu bazar günü Səudiyyə Ərəbistanının 2022-ci ilin əvvəlindən Sputnik V peyvəndi ilə peyvənd edilmiş insanlara icazə verəcəyini açıqlayıb. Bir şərtlə ki, onlar 48 saat karantində olsunlar və PCR testləri mənfi olsun.

4018670