Hicablı qadınların işə qəbulla bağlı problemləri

Hicablı qadınların işə qəbulla bağlı problemləri

Avropanın üç ölkəsində hicablı qadınların işə qəbulla bağlı müraciətlərinin 65%-i rədd edilir.

Bu barədə Britaniyanın (Oxford) Universitetinə bağlı saytda dərc edilmiş araşdırmaya istinadən Shiawaves xəbər verib. Sözügedən üç ölkə Almaniya, İspaniya və Hollandiyadır. Bildirilir ki, hicablı qadınların CV-sində hicabla şəkillərinin olmasına görə, bu ölkələrin bir çox şirkətləri onları müsahibəyə çağırmadan müraciətlərini rədd edirlər.

Ötən ilin iyul ayında Almaniyada işdən qovulan iki hicablı qadın Avropa Ədalət Məhkəməsinə müraciət etmişdi. Məhkəmənin verdiyi qərarda şirkətlərin müəyyən hallarda işçilərinin hicab taxmasına qadağa qoya biləcəyi bildirilmişdi. "İş yerində siyasi, fəlsəfi və ya dini inancları ifadə edən hər hansı bir şeyin geyinilməsinin qadağan edilməsi işəgötürənin müştərilərə neytral imic təqdim etməsi və ya hər hansı sosial çəkişmələrin qarşısını almaq ehtiyacı ilə əsaslandırıla bilər", – deyə açıqlamada qeyd olunub.

Qeyd edək ki, Avropa Ədalət Məhkəməsi 2017-ci ildə şirkətlərin müəyyən şərtlər daxilində hicabın və ya digər dini simvolun iş yerində taxılmasını qadağan etmək hüququna malik dair qərar çıxarıb.