İcra başçısının müstəntiq oğlu da işini itirdi

İcra başçısının müstəntiq oğlu da işini itirdi

Vilyam Hacıyevin müstəntiq oğlu işdən qovuldu

İmişli rayonunun keçmiş icra hakimiyyəti başçısı, DTX tərəfindən həbs edilən Vilyam Hacıyevin hüquq-mühafizə orqanlarında işləyən oğlu işdən qovulub.

Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində mühüm işlər üzrə müstəntiq işləyirdi. Bildirilir ki, Baş prokuror Kamran Əliyev onun işdən azad edilməsi barədə əmr imzalayıb. Korrupsioner atasının ifşasından sonra onun özünün işdən çıxmaq haqda raport təqdim etdiyi deyilir.

Vilyam Hacıyevin oğlu kifayət qədər harın həyat tərzi keçirirdi və sosial şəbəkələrdə onun "Bentley", "Galndewagen" və digər avtomobillərinin fotoları paylaşılırdı. (virtualaz.org)