İdarə rəisi minaya düşüb

İdarə rəisi minaya düşüb

Ağdam rayonunda vəzifəli şəxs minaya düşüb.

Ağdam Rayon Prokurorluğundan verilən məlumatda deylir ki, rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadə su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşüb.  Piyada əleyhinə minanın partlaması nəticəsində o, "sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası" və digər çoxsaylı xəsarətlər alıb. 

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.