İkinci 190 manat nə vaxt veriləcək?

İkinci 190 manat nə vaxt veriləcək?

 "Yaxın günlərdə 600 min şəxsə 190 manat birdəfəlik ödəmənin aprel ayı üçün ödənişləri tam başa çatacaq. Bundan sonra isə may ayı üzrə ödənişlərə başlanılacaq"

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, vətəndaşlar ikinci dəfə 190 manat ödənişi bank kartları vasitəsilə alacaqlar. ƏƏSMN-nin sifarişi ilə həmin 600 min şəxsin adına banklar tərəfindən tam ödənişsiz olaraq bank hesabları açılacaq. Vətəndaşlar həmin bank kartları vasitəsilə 190 manat ödənişi ala biləcəklər.

"Artıq bu proses başlayıb, həmin şəxslərin adına bank hesabları açılır. Birinci dəfə biz aprel ayının 9-dan ödənişləri etməyə başladıq. İkincə dəfə isə 190 manat birdəfəlik ödəmə may ayının 10-dan sonra verilməyə başlanılacaq".

Qeyd edək ki, birdəfəlik yardım ölkə əhalisinin çox az faizinə şamil edildiyi üçün böyük etiraza səbəb olub. Belə ki, Qarabağ veteranları və onların xanıları bu müavinətdən məhrum ediliblər. Eyni zamanda adına maşın, ev olanlar, əlillik və əmək pensiyası alanlar da 190 manat birdəfəlik yardımdan məhrum ediliblər.