İlham Əliyevə 15 sutka-Siyavuş Novruzova tənbeh cəzası

İlham Əliyevə 15 sutka-Siyavuş Novruzova tənbeh cəzası

Hakim Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzovu Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyinə görə tənbeh ediblər. O, Rami Mehdiyevin kürəkəni, YAP-ın keçmiş deputatı İlham Əliyevin qıı Fidan Əliyevanın toyunda xanımı, ombudsman Səbinə Əliyeva ilə birgə iştirak edib. Milli Məclisin iclaslarında "Karantin qaydalarını pozanların cəriməsi artırılsın" təklifi ilə çıxış edən Siyavuş Novruzaov jurnalistlərin "Karantin qaydalarının pozulduğu toyda niyə görə iştirak etmisiz" sualına "Çağırıblar toya getmişəm, əcəb eləmişəm" cavabını verib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, Azərbaycan Prezident Adminstrasiyasına uzun illər başçılıq edən Ramiz Mehdiyevin kürəkəni, YAP-ın keçmiş deputatı İlham Əliyev də jurnalistlərin "Karantin qaydalarıı niyə görə pozub toy məclisi etmisiniz" sualına "kefim kökdür, başqa şeydən danışın" deyə, cavab verib.

Qeyd edək ki, Abşeron Rayon Məhkəməsində sabiq deputat İlhаm Əliyevin inzibati məsuliyyətə cəlb edilməsi ilə bağlı məhkəmə prosesi keçirilib. İşə hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Qərara əsasən, Ramiz Mehdiyevin kürəkəni olan İlham Əliyev İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə) təqsirli bilinib. O, 15 sutka müddətinə inzibati qaydada həbs edilib.