İngiltərədə pulsuz D vitamini paylanacaq 

İngiltərədə pulsuz D vitamini paylanacaq 

İngiltərədə koronavirusla mübarizə çərçivəsində evdə karantin rejimində qalan şəxslərə D vitamini paylanacaq.

Vitaminlərin paylanmasına yanvar ayında start veriləcək. İlk növbədə risk qrupuna daxil olan 2,5 milyon şəxsə üstünlük veriləcək.

Vitaminlər 4 ay kifayət edəcək qədər təqdim olunacaq. İngiltərə Səhiyyə naziri Matt Hankok koronavirusa nəzarəti əldə saxlamaq üçün evdə qalan şəxsləri nəzərə alaraq, bu il D vitamini çatışmazlığı yaşana biləcəyini vurğulayıb.

Bu səbəbdən də nazirlik ehtiyac sahibi şəxslərə pulsuz D vitamini veriləcəyini açıqlayıb. Qeyd edək ki, İngiltərədə bu günə kimi 1 milyon 617 min 327 nəfər koronavirusa yoluxub, 58 min 245 nəfər isə dünyasını dəyişib.(yeniavaz)