İranda 2 mindən çox məhbusu əfv etdilər

İranda 2 mindən çox məhbusu əfv etdilər

Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei Qurban və Qədir-Xum bayramları münasibətilə, ümumi və inqilabi məhkəmələr, İqtisad Məhkəməsi və Hərbi Tribunal tərəfindən mühakimə edilmiş 2135 nəfərin əfv olunması və cəzasının yüngülləşdirilməsinə razılıq verib.

Məhkəmə Hakimiyyətinin sədri höccətül-islam İbrahim Rəisi Ali Rəhbərə məktubla müraciət edərək mübarək Qurban və Qədir-Xum bayramları ilə əlaqədar olaraq, Məhkəmə Hakimiyyətinin Əfv və Amnistiya Komissiyası tərəfindən müvafiq tələblərə cavab verdikləri müəyyən olunmuş 2135 nəfər məhkumun cəzasının əfvi, yüngülləşdirilməsi və ya əvəzlənməsini təklif etmişdi.(maide.az)