Jurnalist: "Polisin və əsgərin şiddətinə məruz qaldım"

Jurnalist: "Polisin və əsgərin şiddətinə məruz qaldım"

Fatimə Mövlamlı saxlanılıb: "Polisin və əsgərin şiddətinə məruz qaldım"

Jurnalist Fatimə Mövlamlı Neftçilər ərazisində "Kapital" bankın qarşısında çəkiliş edərkən xidmət aparan polislər tərəfindən saxlanılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, o, bu barədə sosial şəbəkədə məlumat paylaşıb və bildirib ki, Nizami rayon 24-cü polis bölməsinə aprıldıqdan bir müddət sonra isə sərbəst buraxılıb. Jurnalist bölmədə polis əməkdaşı və daxili qoşunların əsgəri tərəfindən şiddətə məruz qaldığını bildirib:  "Polis bölməsində 15-20 polisin gözü qarşısında məni saxlayanda da zorakılıq göstərən əsgər sağ qolumu burub telefonu əlimdən aldı… Bundan əlavə digər polis əməkdaşlarları da təhqiramiz ifadələrlə danışırdılar. Növbətçi hissə polisi çiynimdən tutub, ayağıma iki dəfə badalaq gəldi. Yıxılmamaq üçün müvazinətimi saxlamağa çalışırdım. Möhkəm dayanmağımdan əsəbləşən qəhrəmanımız sinəmə cırmaq atdı".

Jurnalist polis baş leytnantı Nəsrəddin Əliyevin onun üstünə "əlindəki yanan alışqanı" atdığını bildirib.