Kanada müsəlmanları yoxsulları aclıqdan xilas edirlər

Kanada müsəlmanları yoxsulları aclıqdan xilas edirlər

 Kanadanın London şəhərindəki məscidlərdən birinin nəzdində artıq bir ildən çoxdur ki, pulsuz yeməkxana fəaliyyət göstərməkdədir.

Kanadanın London şəhərindəki məscidlərdən birinin nəzdində artıq bir ildən çoxdur ki, pulsuz yeməkxana fəaliyyət göstərməkdədir.

Həmin mətbəx yüzlərlə yoxsul və evsiz sakini qidalandırır.

"Həyat" məscidinin tərkibindəki müsəlman mətbəxi adıçəkilən şəhirn cənub-şərqində yerləşir.

Qeyd edək ki, məscid binası əvvəlllər kilsə kimi fəaliyyət göstərib, lakin sonradan boş qalıb. Ontarionun Misir icması 2015-ci ildə 1873-cü ildə inşa edilmiş həmin binanı alıb.

Pandemiyanın başlaması ilə pulsuz naharlara olan tələbat kəskin surətdə artıb – əvvəlcə məscid yeməkləri yerli kafelərdən böyük endirimli qiymətlərlə alırdı, lakin 2020-ci ilin yayında bu, kifayət etməməyə başladı və nəticədə, məscidin nəzdində isti qida mətbəxi açıldı. Könüllülər həftədə bir dəfə düyü, ət və tərəvəzlərdən yeməklər hazırlayaraq ehtiyaclı insanlara paylamağa başladı.

Misir icmasının sədri Yusif əl-Hatumun sözlərinə görə, şəhər sakinlərinin pulsuz qidaya ehtiyacı var.