Kanadada islamafob sürücü dəhşətli qətl törətdi 

Kanadada islamafob sürücü dəhşətli qətl törətdi 

Kanadanın Ontario əyalətinin London şəhərində 20 yaşlı sürücü idarə etdiyi yük maşını ilə bir ailənin 4 üzvünü qətlə yetirib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, sürücü yük maşınını qəsdən yolu keçən ailənin üstünə sürüb. 

İyunun 6-da baş verən hadisədə 5 nəfərlik Afzal ailəsinin 4 üzvü ölüb, 9 yaşlı uşaq isə ağır yaralanıb. 

Yerli polisin məlumatına görə, ailə üzvlərindən biri yerindəcə ölüb, digər üç nəfər isə xəstəxanada dünyasını dəyişib.

Pakistandan olan Afzal ailəsindən (hadisədə həyatını itirən 44 yaşlı Madiha Afzal, əri 46 yaşlı Salman Afzal və qızı 15 yaşlı Yumna ilə 74 yaşlı nənə) sağ qalan 9 yaşlı Fayez hazırda xəstəxanada müalicə alır.

Bu modern, nümunəvi ailəni tanıyan hər kəs hadisədən çox üzldüyünü bildirib: "Ailənin övladları oxuduqları məktəblərdə nümunəvi davranışları və istedadları ilə ən birincilərdən olublar.

44 yaşlı ana Madiha Afzal Londondakı Qərb Universitetində inşaat mühəndisliyi üzrə doktorluq dərəcəsində çalışırmış. Onun əri fizioterapevt olub.

Trending news: In Canada, the crushing of Pakistani Muslim family boils  down, PM Justin Trudeau surrounded by Islamophobia - Hindustan News Hub

Bələdiyyə sədri Ed Holderin əmri ilə şəhərdə üç günlük matəm elan edilib, bayraqlar endirilib.

Bələdiyyə sədri "Twitter" hesabında Müsəlman icmasının nümayəndələri ilə görüşdüyünü və onlara başsağlığı verdiyini yazıb. Qeyd edib ki, müsəlmanlar bundan sonra şəhərdə özlərini təhlükəsiz hiss edə biləcəklərinə əmin olsunlar: "Bu, müsəlmanlara qarşı kütləvi bir qətl hadisəsidir. Təqsirləndirilən şəxs bu hadisəni irqi nifrət üzündən həyata keçirdi.".

Hadisəni törədən sürücünün 20 yaşlı kanadalı Nathaniel Veltman olduğu müəyyənləşib və saxlanılıb.