"Lal" və "kar" terrorçu "Nimeye-Şəban" mərasimində tutulub

"Lal" və "kar" terrorçu "Nimeye-Şəban" mərasimində tutulub

İraqın Kərbəla şəhərində "Nimeye-Şəban" münasibəti ilə keçirilən mövlud mərasiminə zəvvarları öldürmək hədəfi ilə girmək istəyən terrorist zərərsizləşdirildi.

Şəban ayının 15-də İmam Zamanın (ə.f) mövlud mərasimində iştirak etmək üçün Kərbəlaya İmam Hüseynin (ə) hərəminə gedən zəvvarların arasına qatılaraq avtobusa minən terrorist İraqın təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib.

Özünü zəvvarların sırasına qatan terrorçu lal və kar olduğunu iddia edirmiş.

Nəcəf şəhərindən Kərbəlaya gələn zəvvarların arasında gizlənən terrorist İmam Hüseynin (ə) hərəmində terror planı həyata keçirmək istəyirmiş ki, İraq təhlükəsizlik qüvvələrinin ayıq-sayıqlığı nəticəsində ələ keçib.