Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi

Məhkəmə Mübariz Mənsimovla bağlı qərar verdi

Türkiyədə həbs edilən iş adamı Mübariz Mənsimov ev həbsi şərtilə azadlığa buraxılıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə bu məlumatı "Palmali" şirkətlər qrupunun mətbuat xidmətinin rəhbəri Fidan Quliyeva verib.

Qeyd edək ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov terror təşkilatına üzv olmaqda ittiham edilirdi. 

Xatırladaq ki, martın 3-də İstanbul Baş Prokurorluğu Mənsimovun məhkəmə nəzarəti altında azadlığa buraxılmasını tələb edib.