Məktəblər bu tarixdən etibarən açılır

Məktəblər bu tarixdən etibarən açılır

Məktəblilər üçün nəqliyyat kartları bərpa edilib

Rusiyanın paytaxtı Moskvada 18 yanvar tarixindən etibarən bütün məktəblər yenidən fəaliyyətə başlayacaq.

Artıq Moskva meri Sergey Sobyanin bu məsələ ilə bağlı müvafiq sərəncam imzalayıb. O, bildirib ki, koronavirusa yoluxmuş hər hansı bir məktəbli aşkarlandığı zaman həmin sinif təhsilini uzaqdan məsafəli qaydada davam etdirəcək. Məktəblilər üçün nəqliyyat kartlarının bərpa edildiyi də bilidirlib.