Məscidlərin fəaliyyəti bərpa ediləcək

Məscidlərin fəaliyyəti bərpa ediləcək

İranda koranavirusdan sağalanların sayı 78 min 420 nəfəri keçdi

İranda son sutka ərzində daha 976 nəfərdə koronavirus aşkarlanıb, bununla da ölkədə ümumi yoluxma sayı 97 min 424-ə çatıb.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu açıqlamanı İranın səhiyyə nazirliyinin ictimai əlaqələr və informasiya mərkəzinin müdiri Kiyanuş Cəhanpour bu gün keçirdiyi mətbuat konfransında verib.

Bildirilir ki, son iki ayda ilk dəfə olaraq sutka ərzində 47 nəfər vəfat edib. Ümumilikdə ölənlər 6203, sağalanlar isə 78 min 422 nəfərdir.

İran Prezidenti Həsən Ruhani koronavirusla mübarizə üzrə Milli Qərargahda keçirilən görüşdə deyib ki, gələn həftənin bazar ertəsindən etibarən İranın 132 şəhərində məscidlərin fəaliyyətini bərpa edəcək.

Onun sözlərinə görə, yeni növ koronavirusa yoluxma riski az olan şəhərlərdə dini mərkəzlərin açılması qərara alınıb.

İran Prezidenti əlavə edib ki, artıq 78 milyondan çox insan koronavirus testindən keçib, daha 30 milyon insanın sınaqdan keçiriləcəyi gözlənilir.