"Məscidlərin təyinatını dəyişməyimiz vacibdir"

"Məscidlərin təyinatını dəyişməyimiz vacibdir"

"Bu, Qarabağdan başlayaraq heç olmasa məscidə, camiyə münasibətin də dəyişməsinə gətirib çıxara bilər..."

Deputat F.Mustafa məscid-ofis modelinin maarifçiliyə heç bir faydasının olmadığını deyib: 

"Əslində bu müsbət bir təklifdir. Çünki məscidlərin də bizdə təyinatını dəyişməyimiz vacibdir. Məscidlər yalnız ibadət yeri və ümumiyyətlə, şərq toplumunda cəhalət məkanıdır. Yəni burda insanlar sadəcə nəyisə öyrənmə yeri kimi anlamırlar, ancaq bura ritualların yerinə yetirilməsi kimi baxırlar.

Əslində bu müsbət bir təklifdir. Çünki məscidlərin də bizdə təyinatını dəyişməyimiz vacibdir. Məscidlər yalnız ibadət yeri və ümumiyyətlə, şərq toplumunda cəhalət məkanıdır. Yəni burda insanlar sadəcə nəyisə öyrənmə yeri kimi anlamırlar, ancaq bura ritualların yerinə yetirilməsi kimi baxırlar.

Amma əslində məscid bir elm ocağıdır. Hər məscidin yanında vaxtilə bir mədrəsə modeli tikilirdi və külliyyat formasında həm təhsil, həm də müasir universitet modelində insanların ünsiyyət qurma yeri kimi düşünülürdü. Ona görə də bizdə sadəcə bir məscid tikilir və ora bir ibadət yerindən ibarət olur.

Ora da bir şəxsi təyin edirlər və müəyyən dərəcədə bunu onun ofisinə çevirirlər. Bu məscid-ofis modelinin də maarifçiliyə və başqa məsələlərə heç bir faydası olmur. Ona görə də hesab edirəm ki, yerlərdə bu məsələyə də baxmaq lazımdır. Sadəcə biz məscidi bərpa etməklə məsələyə yanaşmamalıyıq. Çünki məscid təkcə mədəniyyət abidəsi deyil, məscid həm də müəyyən maariflənmə yeri kimi düşünülməlidir. Ona görə də bir kompleks olaraq məscidə baxılmalıdır.

Bu baxımdan da mən normal yanaşıram və hesab edirəm ki, belə bir variantın olması ən azı Qarabağdan başlayaraq heç olmasa məscidə, camiyə münasibətin də dəyişməsinə gətirib çıxara bilər. İndi diqqət edirsinizsə, bizdə onlarla məscidlər var ki, içinə kimsə girmək istəmir. Məscid bir qorxu yeridi.

Yaxud da məscidi başqa inanclı insanın girə biləcəyi yerə çevirmək daha doğrudur. Ona görə də hesab edirəm ki, yaxşı təklifdir və bu dəstəklənməlidir".

Qeyd edək ki, ilahiyyatçı Elşad Miri Qarabağda "Ağıllı kənd" layihəsindən danışarkən "Ağıllı məscid"lərin tikilməsini də təklif edib. (moderator.az)