Marketdə məhsulları əzib videoya çəkən cütlük saxlanıldı

Marketdə yeyinti məhsullarını yararsız hala salaraq sosial şəbəkələrdə paylaşan şəxslər saxlanılıb.

Bir neçə gün öncə əzilən qida məhsullarını ovuclayıb, əzərək bunu mobil telefon vasitəsilə çəkib sosial şəbəkələrdə paylaşan şəxslər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. 

 Məlumatda deyilir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalar zamanı həmin şəxslərin Bakı şəhər sakinləri - Rüstəm Orucov və Xəyalə Vəliyeva olduqları məlum olub. Onlar polis orqanına gətirilib, mağazaya dəymiş maddi ziyan ödətdirilib.

R.Orucov və X.Vəliyeva törətdikləri əməldən peşiman olduqlarını bildirib, üzr istəyiblər.