Milli Şuranın üzvü 100 manat cərimələndi

Milli Şuranın üzvü 100 manat cərimələndi

Mayın 9-da Milli Şuranın Koordinasiya mərkəzinin üzvü, rejissor Eldəniz Quliyev bir qrup polis tərəfindən saxlanılıb.

Bu barədə vetenugrunda.az-a açıqlama verən ziyalı bildirib ki, onu ofisindən çıxarkən tutublar:  "Ofisdən çıxarkən iki nəfər mülki geyimli polis tərəfindən saxlanılaraq Nəsimi RPİ-nin 20-ci polis bölməsinə aparılıb: "Yaşıma görə inzibati həbs cəzası düşmədiyindən, protokol tərtib edildi və mən 100 manat cərimə olundum".

Eldəniz Quliyev cərimənin qeyri-qanuni olduğunu bildirib.