Mollalar dükanları gəzərək yoxsulların borcunu ödədi

Mollalar dükanları gəzərək yoxsulların borcunu ödədi

Dağıstan Respublikasının Tabasaran rayonunda imkansızlara ərzaq paylanması ilə bağlı kütləvi aksiya keçirilib.

Xeyriyyə tədbirində, Dağıstan Müftiliyinin səlahiyyətli nümayəndəsi Hüseyn Hacıyev, Tabasaran bölgəsi imamları şurasının sədri Ənsar Ramazanov, "İnsan" xeyriyyə fondunun Tabasaran bölgəsindəki şöbəsinin müdiri Nəsrəddin Hacıibrahimov və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ərazidə 100-ə yaxın ailə ərzaq yardımı alıb. Rayon imamı könüllülərə, eləcə də maddi dəstək verənlərə təşəkkür edib.

Sonra Hüseyn Hacıyev Ənsar Ramazanovla birlikdə ərzaq mağazalarını gəzərək karantin dövründə nisyə ərzaq almağa məcbur olmuş kasıbların borclarını ödəyiblər.

Daha sonra Tabasaran rayonunun Xuçni kəndində pulsuz maskalar paylanılıb.(moderator.az)