Moskvalı rusun “Miqrantların həyatı vacibdir” aksiyası

Moskvalı rusun “Miqrantların həyatı vacibdir” aksiyası

Moskvalı rus, miqrantın qarşısında diz çöküb çəkmələrini sildi

O, soydaşlarını gördükləri işlərə görə gəlmələrə minnətdarlıq etməyə çağırdı...

Moskva sakini Aleksandr Andriyanov "VKontakte" sosial şəbəkəsindəki səhifəsində miqrantlara mənəvi dəstək vermək məqsədi ilə “Migrants lives matter”( “Miqrantların həyatı vacibdir”) hərəkatını yaratdığını elan edib.

Bu haqda "Moskovski komsomolets" nəşri məlumat yayıb.

Moskvalı Rusiya sakinlərini gəlmələrin həyatı haqqında düşünməyə, onlara küçələri təmizlədiklərinə, evlər tikdiyinə və kuryer xidmətlərinə görə təşəkkür etməyə çağırdı. A.Andriyanov hərəkatın loqotipi olan köynək geyərək iş xalatındakı bir miqrantın qarşısında diz çöküb ayaqqabılarını silməsinin görüntüləndiyi bir video çəkib.

Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov Andriyanovun təşəbbüsünü bəyənməyib. Puşkov hadisəni şərh edərək bu cür "Amerika modasının düşüncəsiz təqlidləri"n "ikinci dərəcəli və asılı" insanlar üçün xarakterik olduğunu söyləyib.

"Əminəm ki, bu jest qəribə bir istisna olaraq qalacaqdır. Axı burada, sadəcə, iqtibas olunmuş pozadan və mənəvi boşluqdan başqa bir şey yoxdur ”- deyə senator öz telegram-kanalında yazıb.

Lakin Rusiyanın bir sıra demokratik qurumları, o cümlədən miqrant təşkilatları Moskva sakininin bu təşəbbüsünü bəyənib və dəstəkləyiblər.(moderator.az)