Müəllimlərə ən çox maaş verən ölkələr

Müəllimləri ən çox maaş aldıqları ölkələrin siyahısını təqdim edirik:
Yaponiya
- Gündoğar ölkədə müəllimlərin illik əməkhaqqı 62 min dollardır;
İrlandiya
- İrlandiyada müəllimlərin illik əməkhaqqı Yaponiyaya nisbətən daha çoxdur. Burada məbləğ 65 min dollardır;
Kanada
- Kanada da məbləğ Yaponiyaya bərabərdir. Bu ölkədə müəllimlərin illik əməkhaqqı 65 min dollardır;
Niderland
- "Zanbaqlar ölkəsi"ndə müəllimlərin illik əməkhaqqı 66 min dollara bərabərdir;
Avstriya
- Avstriyada da müəllimlərin illik əməkhaqqı Hollandiyadakı kimi 66 min dollardır;
ABŞ
- Dünyanın ən güclü ölkələrindən olan ABŞ-da müəllimlərin illik əməkhaqqı da digər ölkələrə nisbətən daha çoxdur. ABŞ-da məbləğ 67 min dollara bərabərdir;
Cənubi Koreya - Son dövrlər bütün dünyanın diqqətini cəlb edən Cənubi Koreyada müəllimlərin əməkhaqları da olduqca yüksəkdir. Burada bir müəllimin illik əməkhaqqı 75 min dollardır;
Almaniya - Almaniyada müəllimlərin illik əməkhaqqı 75 min dollardır;
İsveçrə - Dünyanın ən təhlükəsiz ölkəsi sayılan İsveçrədə müəllimlərin illik əməkhaqqı 92 min dollardır;
Lüksemburq
- Dünyada müəllimlərin ən yüksək əməkhaqqı Lüksemburqdadır. Burada müəllimlər bir il ərzində 137 min dollar maaş alırlar.(azedu.az)