Mübariz Mənsimov ölkə başçısına və Birinci Vitse Prezidentə təşəkkür etdi

Mübariz Mənsimov ölkə başçısına və Birinci Vitse Prezidentə təşəkkür etdi

"Ali Baş Komandan və birinci xanıma bu tarixi bizə yaşatdıqları üçün ürəkdən minnətdaram" 

2021-ci ildə yurdumuza gələn Novruz bayramı əvvəlkilərdən çox fərqlidir. Bu Novruz 30 illik həsrətin sonu, Şuşada, Laçında, bir sözlə, Qarabağda qalanan tonqal deməkdir. Bu il tonqallarımız daha da gür yanacaq. Novruz tonqalını Şuşanın ən hündür dağlarının zirvəsində qalanacaq. İgidlərimizin qəhrəmanlığına şahidlik edən dağlar indi də Novruz tonqalı ilə düşmənə göz dağı verəcək. Mediada Şuşada qalanan tongalı gördüm, qürurlandım və sevincdən kövrəldim. Eşq olsun xalqımızı, dövlətimizi, birliyimizi dünyaya tanıdan Azərbaycan əsgərinə!

Biz bütün dünyaya sübut etdik ki, xalqımızın yumruğu yalnız Zəfərlərə istiqamətlənib. Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu tarixi günü bizə yaşatdıqları üçün bir azərbaycanlı olaraq, ürəkdən minnətdaram.

Eşq olsun, Azərbaycan-Türkiyə qardaşlığına! Hər an mənəvi dəstəyini hiss etdiyimiz, Qardaş çiyni ilə yanımızda olan Türkiyə dövləti və Türk milləti Vətən müharibəsində həmrəyliyini sözdə və əməldə bir daha göstərdi.

Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərinə, ailələrinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə möhkəm cansağlığı arzu edirəm. Novruzun gətirdiyi bahar ocağınıza bol ruzi-bərəkət və firavanlıq gətirsin! Novruz bayramınız mübarək olsun!

Mübariz Mənsimov, "Palmali" Şirkətlər qrupunun sahibi