Müdafiə nazirinə qarşı cinayət işi başlandı

Müdafiə nazirinə qarşı cinayət işi başlandı

Ermənistanın müdafiə naziri David Tonoyan 2 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Məlumatı Ermənistan İstintaq Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Rimma Yeqanyan da təsdiqləyib.

Onun sözlərinə görə, nazirə qarşı cinayət işi ehtiyatda olan zabit Çolak Xaçatryanın şikayəti əsasında başlanılıb.

İstintaq davam edir.

David Tonoyan Ermənistan Cinayət Məcəlləsinin 353-cü maddəsinə əsasən ittiham olunur.

Bu maddə məhkəmə aktının icra olunmaması barədədir: "Vəzifəli şəxsin bilərəkdən qanuni qüvvəyə minən məhkəmənin və ya başqa məhkəmə aktını icra etməməsi və ya mane olması".

Cinayəti sübut edilsə, nazir əməkhaqqının 5 misli qədər cərimə ediləcək, yaxud bir aydan 3 ayadək, ya da 2 ildən artıq müddətə azadlıqdan məhrum ediləcək.

Qeyd edək ki, David Tonoyanın tutduğu vəzifədən azad ediləcəyi barədə məlumatlar yayılıb.(report)