Onlayn dərs keçmək üçün təpəyə çıxan müəllim yıxılıb öldü

Onlayn dərs keçmək üçün təpəyə çıxan müəllim yıxılıb öldü
Türkiyənin Kahramanmaraş şəhərində ədəbiyyat müəllimi onlayn dərs keçmək üçün çıxdığı təpədən yıxılaraq ölüb. “Haber Global” məlumat verir ki, “Onikişubat Anadolu Liseyi”nin 50 yaşlı müəllimi Əziz Sərin internet şəbəkəsi zəif olduğu üçün təpəyə çıxıb. Onun evinə qayıtmamasından narahat olan yaxınları həmin ərazidə Sərinin meyitini tapıblar. Məlum olub ki, o, təpədən yıxılıb və infarkt keçirərək ölüb. Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bu olaydan narahat olan Ankaradakı Müəllim Kollektivləri təhsil qurumunun qarşısında etiraz ediblər Onlar Əziz müəllimin faciəli ölümündə Təhsil Nazirliyini təqsirləndiriblər. Lakin polislər müəllimlərə etiaz aksiyasını keirməyə imkan verməyiblər.