Onurğasından zədələnən qazinin köməyinizə ehtiyacı var 

Onurğasından zədələnən qazinin köməyinizə ehtiyacı var 

Ayağından və onurğasından zədələnən qazinin köməyinizə ehtiyacı var 

Azərbaycanın ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək yaralanan qazilərimizdən biri də Yevlax sakini Ələkbərov Seymurdur.

Döyüşlərdə sağlamlığını itirən Seymurun anası Mətanət Ələkbərova Yeniavaz.com-a danışaraq bildirib ki, oğlu altı ay yataq rejimində olacaq: "Seymur hərbçi olub və oktyabr ayının 19-da Ağdərə istiqamətdə gedən döyüşlərdə yaralanıb. O, sol ayağının çanaq nahiyyəsi və onurğasından zədə alıb. Lakin sol ayağını hərəkət etdirə bilmir və hal-hazırda xəstəxanada müalicə alır.

Həkimlər deyirlər ki, xəstəxanadan çıxandan sonra ən azı altı ay yataq rejimində olmalıdır ki, sümüklər bərkisin. Seymurun qardaşı isə 4 il əvvəl böyrək çatışmazlığından dünyasını dəyişib. Altı ay dialez qəbul etdi. İmkan olmadığı üçün böyrək köçürməsi edilə bilmədi. Qardaşının bir övladı Seymurun himayəsindədir. Özünün isə 11 aylıq körpəsi var və biri də bu yaxınlarda dünyaya gələcək".

M.Ələkbərova bildirib ki, Yevlaxda yerləşən evlərinin şəraiti yaxşı deyil: "Evdə istilik sistemi yoxdur, antisanitariya hökm sürür, sanitar qovşaq həyətdə yerləşir. Seymurun yeriməsində problem olduğu üçün bu, onun üçün çətin olacaq.Tək istəyim oğlumun sağlamlığına qovuşmasıdır".

P.S

Qazi Ələkbərov Seymura köməklik göstərmək istəyənlər üçün Bank hesabı və əlaqə nömrəsi təqdim edirik: (055) 788-76-99