Operativ Qərargah ilahiyyatçı Mircəfər Əyyubovun suallarına cavab verə bilmədi

Operativ Qərargah ilahiyyatçı Mircəfər Əyyubovun suallarına cavab verə bilmədi

Operativ Qərargahın ötən gün baş tutan iclasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) məscidlərə girişlə bağlı açıqladığı qərarı ölkə əhalisinin, xüsusilə inanclı vətəndaşların hiddətinə səbəb olub.

İclasda iştirak edən ilhaiyyatçı Mircəfər Əyyubov Operativ Qərargaha ünvanladığı suallar isə cavabsız qalıb.

Vetenugrunda.az sualları olduğu kimi oxucularına təqdim edir:

"-50 nəfərə ki, icazə verirsiz, bu yoluxma 50-dən yuxarıya yoluxar aşağıya yoluxmaz?

-50 nəfərə icazə verirsiz və deyirsiz ki, polis də nəzarət edəcək. Bu 51-ci adamı necə hesablayacaqsız ki, bu artıqdı?

-Çayxanalar, meyxanalar, restoranlar, klublar azad buraxılırsa məscidə giriş niyə müəyyən insanlar üçün məhdud halda olmalıdı? Cavab gəldi ki, onlar çayxanada, restoranda yeyib çıxıb gedirlər. Ağa da cavab verdi ki, namaz qılanlar da namazını qılıb çıxıb gedirdə…

-Məscidə gəlmək istəyən hər hansı bir insanın qabağını kim tutacaq deyəcək ki, sən məscidə girmə və bunun adını nə qoyarlar? Deyərlər biz yani məscid nümayəndələri bunu istəmir, yoxsa bunu Operativ Qərargah və hökümət istəmir? Onlar bu cavabı necə versinlər?

-Uşaqlar dəniz kənarında ola bilir, parkda ola bilir buna vaxt məhdudiyyəti yoxdu, 1 namaz cəmi 5 dəqiqə çəkir amma orda olmaz, yoluxma baş verə bilər. Bu gülünc deyilmi sizcə?

-Yenə 50 nəfər söhbətində məscid əhlinin icması ən azı 51 nəfərdi. Yani məscid icması gəlib məscidə girsə demək adi möminlər icma üzvü olmayan adamlar gərək məscidə girməsinlər. Məscid öz icma üzvləri üçün açılır?"

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsinin pandemiya ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydaları açıqlayıb.

İbadət yerlərində dini ayinlərin icrasında iştirakına icazə verilən şəxslər müəyyənləşib.

Qafqaz Müsəlmanları İdarəsinin COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargahın tövsiyələri əsasında məsciddə və digər ibadət yerlərində riayət olunmalı qaydalarında bildirilib.

Məscid və digər ibadət yerləri bədən hərarətini ölçən termometr, dezinfeksiya məhlulu və ehtiyat tibbi maska ilə təmin olunmalıdır.

Bundan əlavə, hər kütləvi ibadətdən sonra ibadət yerlərində hökmən dezinfeksiya – sanitar tədbirlər həyata keçirilməli və mütəmadi havalandırma təmin edilməlidir.

İbadət yerlərinə daxil olan şəxslərin COVID-19 pasportu və temperaturu yoxlanılmalı, bədən temperaturu norma daxilində olan və COVID-19 pasportuna malik olan şəxslər içəri buraxılmalıdır.

İbadət yerlərinə daxil olan şəxslərin tibbi maska ilə təmin edilməsinə və onların sayının müvafiq normalara uyğunluğuna ciddi nəzarət edilməlidir.

14 yaşından aşağı uşaqlar məscidlərə buraxılmamalıdır.