Oqtay Gülalıyev xəstəxanadan evə buraxıldı

Oqtay Gülalıyev xəstəxanadan evə buraxıldı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti normallaşıb.

Bu barədə onun oğlu Əli Gülalıyev facebook sosial şəbəkəsində məlumat verib. Onun sözlərinə görə, hazırda Oqtay Gülalıyevin müalicəsi ev şəraitində davam etdilirir:

"Atam artıq həyatına olan təhlükəni atladıb və durumu müsbətə doğru irəliləyir. Bildiyiniz kimi atam "Topçubaşov” xəstəxanasında yalnış proqnoz verilərək ölümə tərk edilmişdi. Ancaq həkim dostumuz Gülşən Yunisovanın düzgün yönləndirməsi sayəsində edilən antibiotiklərin nəticəsində yenidən aramızdadır. "Ege” xəstəxanasına köçürüldükdən sonra da orada düzgün müayinə və müalicə edilib, dünən axşam artıq evə köçürülüb. Müalicəsi evdə davam etdirilir. Hər birinizə dəstəyiniz və dualarınız üçün ailəmiz adından təşəkkürümü bildirirəm".

Qeyd edək ki, bir neçə gün öncə Oqtay Gülalıyevin səhhəti kəskin pişləşmişdi.