Ötən il Azərbaycanda 17 148 boşanma qeydə alınıb

Ötən il Azərbaycanda 17 148 boşanma qeydə alınıb
Ötən il nikaha girənlərin və boşananların sayı açıqlandı Ötən il Azərbaycanda 63 min 869 nikah, 17 148 boşanma qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,4, boşanmaların sayı isə 1,7 təşkil edib. Bu xəbər Dövlət Statistika Komitəsinin “Azərbaycanda qadınlar və kişilər” statistik məcmuəsində əks olunub. Rəsmi orqanlar tərəfindən qeydə alınmış nikaha daxil olan qadınların orta yaşı 24,7, kişilərin isə 29,4 olub. Birinci nikaha daxil olanların orta yaşı qadınlar arasında 24, kişilər arasında 28,1 təşkil edib. Məlumata görə, ötən il 18 yaşadək 366 gəlinin və 1 bəyin rəsmi nikahları qeydə alınıb.