Prezident: İkidən artıq övlad dünyaya gətirməyin!

Prezident: İkidən artıq övlad dünyaya gətirməyin!

Prezident əhali sayının artması və sürətli artım problemindən danışarkən xalqa müraciət edib. "Al-Ahram" ın verdiyi xəbərə görə, Misir prezidenti Əbdülfəttah əs-Sisi ölkəsində 100 milyondan çox insanın yaşadığnı və hər il 2 milyon uşaq dünyaya gəldiyini bildirib:  "Hər ailədə ikidən çox uşağın olması böyük problemdir. Əhalinin sürətli artımının təhlükəli olduğunu hər kəsə çatdırmaq lazımdır".

Əs-Sisi deyib ki, doğum nisbətinə ciddi məhdudiyyətlər qoymaq planlaşdırılmır, ancaq əhali artımı mövcud resurslara uyğun olmalıdır:

"Əhalinin artması məsələsi nəzarət altına alınmayana qədər insanlar yaşayış şərtlərində heç bir irəliləyiş hiss etməyəcəklər".