Prezident və 1-ci vitse-prezident Pirsaat Baba ziyarətgahında

Prezident və 1-ci vitse-prezident Pirsaat Baba ziyarətgahında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mayın 25-də Şamaxı şəhərində Pirsaat Baba ziyarətgahında olublar.

Prezidentin köməkçisi Anar Ələkbərov tikinti-bərpa və yenidənqurma tədbirləri barədə məlumat verib. Bildirib ki, zəlzələ zamanı ziyarətgahın divarlarında çatlar əmələ gəlmişdi.

Pirsaat Baba ziyarətgahında ziyarətçilərin rahatlığını təmin etmək məqsədilə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə geniş yenidənqurma işlərinə başlanıb.

Qeyd edək ki, təxminən IX-XV əsrlər arasında tikilmiş türbə 1918-ci ildə Hacı Cəfərqulu tərəfindən yenidən ucaldılıb. Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildən başlanmış yenidənqurma işləri həm tarixi abidə, həm də  ziyarətgah olan Pirsaat pirinin tamamilə yeni görkəmdə əhalinin ixtiyarına verilməsinə imkan yaradacaq.