Prezidentlər Dağıstanda baş verən olayı müzakirə etdilər

Prezidentlər Dağıstanda baş verən olayı müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefonla danışıb. Tərəflər koronavirusla mübarizə məsələsini və ikitərəfli münasibətləri müzakirə ediblər.

Məlumatı Kremlin mətbuat xidmətinə istinadən RİA Novosti yayıb.

"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. İkitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilib. Koronavirus pandemiyası ətrafında vəziyyətə və infeksiyaya qarşı mübarizə tədbirlərinə də toxunulub",-deyə məlumatda vurğulanıb.

Əliyev və Putin sərhəddəki vəziyyətlə bağlı əlavə tapşırıqlar verəcəklər Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında olan telefon danışığı ilə bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidməti də məlumat yayıb.

Dövlət başçıları Rusiya-Azərbaycan sərhəddində yaranmış vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

Prezident İlham Əliyev bildirib ki, onun Rusiya Prezidenti ilə bu il mayın 18-dəki telefon danışığından ötən dövr ərzində Samur keçid məntəqəsindən 700-ə yaxın, bütövlükdə bir ay ərzində isə quru və hava yolları ilə 1000-ə yaxın Azərbaycan vətəndaşı Rusiyadan ölkəmizə gətirilib.

Prezidentlər müvafiq dövlət strukturlarına sərhəddə vəziyyətin tənzimlənməsi ilə əlaqədar əlavə tapşırıqların verilməsi barədə razılaşıblar.(virtualaz.org)