Qarabağ qazisi Müğdət Nəsirov intihar etdi

Qarabağ qazisi Müğdət Nəsirov intihar etdi

Göyçayda Qarabağ qazisi intihar edib

Göyçay rayonunun Ləkçıplaq kənd sakini, 1973-cü il təvəllüdlü Nəsirov Müğdət Rəsul oğlu 19 aprel tarixində, axşam saatlarında yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq öldürüb.

Hadisə zamanı digər ailə üzvləri evdə olmayıb. Onun həyat yoldaşı bu gün Bakıda tələbə olan qızlarının yanına gedib.

Kənd sakinlərinin verdiyi məlumata görə 3 uşaq atası olan Müğdət Nəsirov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına pensiya təyinatı ilə bağlı 8 dəfə etdiyi müraciətdən sonra yenə imtina cavabı aldığı üçün özünə qəsd edib.

Ömrünün 7 ilini Azərbaycan ordusuna həsr edən qazi Muğdət Nəsirov Birinci Qarabağ müharibəsində fəal iştirak edib, ayağından və qolundan ağır yaralandığı üçün hərbidən tərxis olunub.

O, pensiya almaq üçün hərbi hospitallarda müalicə olunması ilə bağlı lazım olan bütün sənədləri dəfələrlə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərsə də əlilliyin verilməsi barədə müsbət cavab ala bilməyib. Həmçinin, Göyçay rayon Mərkəzi Xəstəxanası qazinin xəstəliyi və Bakının səhiyyə ocaqlarında müalicəsi ilə bağlı sənədləri toplayaraq elektron qaydada tibbi sosial ekspert komissiyasına göndərib.

Qarabağ qazisi Muğdət Nəsirov sonuncu dəfə bu məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin qəbuluna getsə də onunla görüşə buraxılmayıb.

Muğdət Nəsirov Göyçaya qayıdaraq özünü asıb. Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. ("Göyçayın səsi")