Qazimiz 5 aydır komadadır

Qazimiz 5 aydır komadadır

Qazimiz 1993-cü il təvəllüdlü Qəhrəmanlı Yaqub Abdulla oğlu 2020-ci ilin 29 sentyabrda Ağdərə Suqovuşan istiqamətində gedən döyüşlərdə beyninin sağ tərəfindən qəlpə yarası alıb. 

Vetenugrunda.az qazimizin qardaşı Rahil Qəhrəmanlı ilə əlaqə saxlayıb: "Qardaşımı Azərbaycanda Neyrocərrahiyyə Xəstəxanasında əməliyyat etdilər amma qəlpəni çıxara bilməmişdilər. Qəlpə gözünün arxasına qədər irəliləyib orda qalmışdı. Biz may ayında qərar gəldik Yaqubu reabiltasiya üçün Türkiyəyə göndərək. Çünki bədəninin sol tərəfi işləmirdi. YAŞAT Fondu dəstəyi ilə Yaqubu Turkiyəyə gətirdik. Türkiyənin Ataşehir Mediciana xəstəxanasında əməliyyat olundu. Kəllə sümüyündəki problemi aradan qaldırmaq üçün titan qoydular. Bu əməliyyatdan sonra qardaşım beyin qanaması keçirtdi və komaya düşdü. Tam 5 aydı ki qardaşım komadadır."

Qardaşı deyir ki, qazimiz Ataşehir Mediciana xəstəxanasında iki ay qaldıqdan sonra Türkiyədə dövlət xəstəxanası olan Qazi Osmanpaşaya göndərdilər. Bu xəstəxanada kökhüceyrə əməliyyatı etmək istədilər lakin mikrobları ucbatından edə bilmədilər. Qazi Osmanpaşa xəstəxanasında qardaşıma baxılmadığı üçün çıxarılmasını istədik. Hazırda Liv Hospital Vadİstanbul Xəstəxanasındadır. Ancaq xəstəxananı dəyişsək də həkimlər qardaşımın müalicəsi ilə bağlı bir söz demirlər, ümid vermirlər. Qardaşımın müalicəsi xarici ölkələrdə, Almaniya, Kuba və İsraildə mümkündür deyirlər". 

 Hazırda Turkiyədə olan qazimizin müalicəsinin bu ölkədə mümkün olmadığını bildiriblər.

Qeyd edək ki, Qəhrəmanlı Yaqub Abdulla oğlu 1993-cü ildə anadan olub. 44 günlük Vətən Müharibəsində hərbi tibb işçisi kimi iştirak edib. Döyüş yoldaşını xilas edərkən yanına minamyot düşüb və ağır yaralanıb. Başından ağır zədə alıb. Sağ tərəfi ağır zədələnib, sol tərəfi işləmir. 5 aydı komada olan qazimizin 1 yaş 8 aylıq bir övladı var.

Qazimizin qardaşı ilə əlaqə saxlamaq istəyənlər üçün votsap nömrəsini əlavə edirik: + 90 534 443 01 80