Qazimiz həyatını itirə bilər

Qazimiz həyatını itirə bilər

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, qazimiz Cahngir Əliyevin vəziyyətinin ağır olaraq qalır

Ağır durumda olan qazinin müalicəsi dayanıb. Onun xaricdə müalicəyə təcili ehtiyacı var Qazi Əliyev Cahangir Gülbala oğlu. Sumqayıtın Kotec qəsəbəsində yaşayır. 1999-cu il təvəllüdlü qazimiz 2019-cu ilin aprelində hərbi xidmətə yollanıb, İkinci Qarabağ Savaşında ağır yaralanıb və Bakıdakı Mərkəzi Hərbi Klinik Hospitala yerləşdirilib, 2 ay komada qalıb. Aldığı zərbə nəticəsində sol tərəf baş sümüyü sınıb və sınan sümük götürülüb. Sol əlində tək baş barmaq qalıb, sağ əlinin də baş barmağı qopub. Çoxsahəli yanıq yaraları alıb.

Bədəninin bel hissəsi yanıb, sağ hissəsi isə iflic olub. Bundan başqa, sağ gözü görmür, sağ qulağı eşitmir, sağ qolu və ayağı hərəkət qabiliyyətini itirib. Qorxulusu isə odur ki, müalicəsi 1 aydır dayandırılıb. Həkimlər valideynlərinə deyib ki, o, Heydər Əliyev Fondu vasitəsilə Türkiyəyə müalicəyə göndəriləcək. Amma bu bir ay müddətində heç bir xəbər yoxdur. Ailəyə bildiriblər ki, qazilər növbəli şəkildə xaricə müalicəyə göndərilir.

Bu gənc qazinin durumu isə göründüyü kimi, gözləməyə imkan vermir. Səlahiyyətli orqanlar onun təcili müalicəyə göndərilməsi üçün gərək lazım olanı etsinlər, əks halda gənc qazimiz həyatını itirə bilər. (azadlıq qəzeti)