Qiymətləndirmədən keçən və kəsilən şagirdlərləbağlı qərar

Qiymətləndirmədən keçən və kəsilən şagirdlərləbağlı qərar

"Qiymətləndirmədə hər bir fənn müəllimi sualları özü hazırlayır. 100 ballıq şkalaya uyğun sual sayı təyin edilə bilər".

Bunu Təhsil Nazirliyinin Ümumi təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Xüsusi karantin rejimi dövründə məktəbdaxili qiymətləndirmə" mövzusunda danışarkən deyib.

Şöbə müdirinin sözlərinə görə, jurnalda qiymət iki dəfə yazılacaq: "Bunun biri summativ qiymət, digəri isə yarımilliyin qiyməti olacaq. İlin sonu üçün sinifdə qalmaq məsələsi müəyyən olunur. Bu gün üçün verilən qərarla yalnız yarımilliyin qiyməti təyin olunur".

Şöbə müdiri qiymətləndirmədən narazı qalan şagirdlərə ikinci şansın veriləcəyini də bildirib: 

"Teledərslər vasitəsilə şagirdlər dərin bilik qazanmasa da zəruri olan minimal bilikləri əldə etmək mümkün idi. Dərsliklər hər bir şagird üçün əlçatandır".

Onun sözlərinə görə, bütün şagirdlər qiymətləndirilmədən keçməlidir: "Qiymətləndirmənin nəticəsindən narazı qalan şəxslər növbəti qiymətləndirmədə iştirak edə bilərlər. Bu da gələn ay üçün nəzərdə tutulub".(report)