Quranı təhqir edən İbrahim Rusiyada tapıldı

Quranı təhqir edən İbrahim Rusiyada tapıldı

Sosial şəbəkələrdə paylaşılan bir video var. İbrahim Atabəy adlı şəxs canlı yayımda müqəddəs kitabımız Qurani Kərimi təhqir edib.

Vetenugrunda.az-ın Türkiyə mediasına istinadən verdiyi xəbərə görə, Ankara prokurorluğu İbrahim Atabəy haqqında cinayət işi açıb. Araşdırma zamanı onun Rusiyada yaşadığı bəlli olub. 

Prokurorluqdan verilən xəbərə görə, YouTube səhifəsində indiyə qədər 11 video yükləyən şübhəlinin Rusiyada qaçaq kimi yaşadığı məlum olub. Onun Türkiyəyə deportasiya edilməsi üçün qanuni prosedur başlayıb.