Rəngdən rəngə düşən ölüm maşını: NARKOMANİYA

Rəngdən rəngə düşən ölüm maşını: NARKOMANİYA

Narkomaniya.1-ci yazı

 XX əsrin hər növ müharibələrindən də təhlükəli dağıdıcı silah. Təəssüf ki, o, son dövrlər hər günümüzün xəbər portallarında ölkəmizin birinci dərəcəli hadisəsi olaraq qalır. Bu mövzuda kifayət qədər geniş danışılıb və danışırda. Üzüntü ilə qeyd etməliyik ki, bu hal azalmaq, dayanmaq əvəzində iti bir xətt üzərinə artmaqda davam etməkdədirdə. Bu isə özü haqqında bir çox şeylər söyləməyə əsas verir. Narkotika və bu böyük biznes arxasında meqa qüvvələrin dayanması şübhəsizdir.

Milyardları gəlir mövzusu edən narkotika bu gəlirləri yüksək səviyyətli məmurların əlində cəmlənməsi onların bu qazanca sahib olması ilə yanaşı bu biznesə yaşıq işıq yandırma həqiqətinin də göstəricisidir. Buna nə qədər fikir söyləsək də bilməmiz sadə həqiqət budur ki, belə bir biznesə arxa duran olmayınca onun bu qədər geniş çərçivəyə malik olması mümkün olmazdı.

Bu gün tutulan narkobaronlar və ya kiçik narko alverçilər isə dövriyyədə xəriclənməli lazım olan kiçik alverçilərdir ki, bunları bəziləri səhvlərinin, bəziləri ağalarına asi olmalarının, bəziləri isə narkotika ilə bağlı həbslərin rəqəmlər baxımdan təzələnməsi qurbanı ola bilirlər.

Əlbttə burada başqa əbəblər də ola bilər. Lakin bir həqiqət öz reallığını qoruyur: Böyük narkotik biznesi başında toxunulmaz şəxslər var və qalmaqdadırda. Hətta bir az incələyib yüksək tərkibli keyfiyyət tərənnüm edən qiymətli narkotika biznesinin sadə vətəndaşın cibi üçün olmadığıni deyə bilərik. Bu arzunu yaşayan istənilən aludəçi bir istifadə üçün alacağı bahalı (yüksək keyfiyyətli) narkotika qiymətinə günlərcə ehtiyaclarını ödəyəcək ucuz (keyfiyyətsiz) narkotikaya üstünlük verdiyindən belə qiymətdə narkotik vasitələrin elit sinif arasında yayıldığı həqiqətini üzə çıxarır.

Qeyd edilən sinif isə adı bu gündə narkotik qalmaqallarında hallanan yüksək çinli məmurlar, hakimlər və onların şipşirin balalarıdır. Zəhmətsiz gəlir götürən narkotika biznesi aşağı sinfin puluna yüksən sinfin daha keyfiyyətli zövqünə təminatçı olan narkotika biznesi elə buna görə də genişlənməlidirdə.

Bu gün ən kasıb təbəqənin belə rahat əldə edə bilməsi üçün (narkotik adların siyahalanmasına lüzum görmədik) narkotik biznesinin yayıldığı Azərbaycan reallığı üçün çox söz demək olar. Buna elə xəbər portalları kifayət edir ki, gəncləşən narkotika aludəçiliyinin artıq orta məktəb qapılarının belə döydüyünü görək. Səbəblərsə çoxdur.

Biz burada yalnız birini vurğuladıq. Amma səbəblər kifayət qədər çox və rəngarəngdir. Bəs nə etməli, bu bəladan necə qorunmalı? Əgər bu girdaba düşmüşüksə necə qurtulmalıyıq? Bu barədə isə hələ söhbət edəcəyik.Rəngdən rəngə düşən ölüm maşını:

Narkomaniya. 2-ci yazı.

Yazımı böyük İslam filosofu Şəhid Mütəhhərinin “Kamil İnsan” kitabındakı "Dərd" (ağrı nəzəriyyəsi) ilə davam etmək istəyirəm. Əminəm bu məntiq həm bizə yararlı, həm də mövzumuzla birbaşa əlaqəli olduğu üçün araşdırılmalıdır. Allahın bəndələrinə qarşı sevgi və mərhəməti onların nə qədər Allaha asi olmasına baxmayaraq bəndələrinə lütf və qayğısnda təzahü edir. Bəs bəndəsinə sonsuz sevgi göstərən Allah insana niyə görə ağrı, iztirab verir? Axı sevgidə iztirab və dərd insanın ən böyük məşəqqəti ikən bunu Allah sevdiyi varlıqlara niyə yaşatmalıdır ki? Öncə dərd və ağrı haqqında: Ağrılar, dərlər iki qisimə bölünür, maddi və mənəvi.

Maddi ağrı və dərdlər təbiətdə maddi, maddəsi olan varlıqlarla bağlı olur. Əxlaq alimləri buna insan bədənini tam mükəmməl olaraq misal göstərir. Bədən maddi və mənəvi ağrılardan ibarət iki toplum dərd yaşayır. Birinci dərdin mənbəyi və mənşəyi bəllidir. Əgər insanın hansısa orqanı ağrıyırsa mütləq orada hansısa bir problem özünü göstərərək xəbərdarlıq edir.

Diş ağrıyırsa dişin zədəsini, göz və göz zədəsi, sair xarici və daxili ağrılar da hansısa orqanın problemindən xəbər verir. Bu isə maddi ağrının əslində Allahın insana bəxş etdiyi növbəti sevgi təzahürü olduğunu müşahidə edirik. Bəs mənəvi ağrılar, iztirab? Hətta hamına əziz olan sevgi duyğusu belə hamımızı, istisnasız hamımızı ağrıtdığı, bizə dərd verdiyi halda bu hissin bəxş olunma səbəbi nədir? İnsan daxili iztirabını, varlığını bürüyən ağrını məhz yetkinlik yaşlarında yaşamağa başlayır.

Bu yaşa qədər olan ağrılar daha çox maddi katiqoriyaya aiddir. Ancaq yetkinlik yaşı özü ilə müxtəlif hisslər gətirir ki, bunun da başında ağrı, dərd başda durur. Sevir, üzülür, darıxır, ağrıyır və... Bu ağrılar bir çox qorxulu addımlara zəmin yaradır. İnsan bu ağrını sakitləşdirmək üçün müxtəlif vasitələrdən istifadə edir.

Bu adi cinsi təminatlarla başlayıb musiqi, əyləncə, spirtli içkilər, narkotika və bəzi hallarda isə çarəsizlikdən intihara səbəb ola da bilir. Bəs bütün bunlara zəmin yaradan bu mənəvi ağrıların əslində insana mehriban olan Allahın bəxşiş səbəbi nə olur? Burada birinci səhv mənəvi ağrinin dərmani olaraq maddi çarə axtarmaqdır. Mənəvi ağrıya yalnız və yalnız mənəvi də çarə düşünülməlidir. Bu isə sevgidir. Yetkinlik yaş dövründə daxili aləmlərindən sevgi duyğusu ilə tanış olan yeniyetmələrin yaxınlarının böyük sevgilərinə duyğuqları sonsuz ehtiyac onları qorxulu , qaranlıq bir aləmə çəkir.

Sevgisi lazımınca təmin olunmayan ailə (əlbəttə sevgi ərköyünlük kimi hisslərdən çox fərqlidir) öz övladını narkomaniya kimi qorxulu bir bəlanın ağuşuna atması şübhəizdir. Buna görə də valideynlər bu məsələdə çox diqqətli olmalıdırlar. Bəs mənəvi ağrının səbəbi nə olması sualı açıq qalır. Allah mənəvi ağrını insanın daxilinə qoymaqla ona maddi sevgilərin puç olduğunu göstərərək insanın ağrısının həqiqi dərmani məhz Allahın olduğunu anlatması üçün ona verir.

İnsan bütün sevgilərin əslində Allaha yön və istiqamət, eşqin yoluna yardımçı olmasını başa düşmək üçün ağrı yaşayır ki, bu ağrı da İlahi lüfdür.

Burada həssaslıq önəmlidir. Hər bir ailə yetişdirdiyi övladın məhəbbət təminatçısı, sevgi mələyi olmağı bacarmalıdır ki, keçid dövründə özləri də bilmədən övladlarlnı narkomaniyanın qucağına atmasınlar. Görəsən yalnız məhəbbət kifayət edirmi? Övladımıza sevgi verməyimiz bu iş üçün məqbuldurmu? Sevgi verilən ailədə belə problem yaşanmazmı? Bu barədə isə gələn yazımızda danışarıq.

Əbülfəz Bünyadov

Keçmiş siyasi məhbus-Müsəlman Birliyi Hərəkatının üzvü

Əbülfəz Bünyadov. Foto: şəxsi arxiv / Facebook · Mikroskop