Ramiz Mehdiyev keçmiş nazirə vəzifə verdi

Ramiz Mehdiyev keçmiş nazirə vəzifə verdi

AMEA prezidenti Ramiz Mehdiyev sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasova yüksək vəzifə verib.

Bu barədə AMEA-nın əməkdaşlarından biri məlumat yayıb.

Xəbərə görə, AMEA Rəyasət Heyətinin bugünkü iclasında akademik Ramiz Mehdiyev AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini icra edən texnika elmləri doktoru, professor Əminağa Sadıqovu vəzifəsindən kənarlaşdırıb. Onun yerinə isə AMEA prezidentinin müşaviri, sabiq Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov təyinat alıb. Bundan sonra o, AMEA İdarəetmə Sistemləri İnstitutunun direktoru vəzifəsini daşıyacaq.(yenisabah.az)