Rusiya hərbçisi Ermənistanda diri-diri yandı

Rusiya hərbçisi Ermənistanda diri-diri yandı

Ermənistanda Rusiya hərbçisi diri-diri yandı Bu gün Gümrü şəhərində 25 yaşlı Rusiya vətəndaşı Leonid Xomyakov idarə etdiyi "Opel" markalı avtomobillə Gümrü sakini, 83 yaşlı Seryoja Akopyana məxsus "KamAZ" maşınının qoşqusunun arxa hissəsinə çırpılıb.

Hadisə nəticəsində "Opel"də yanğın baş verib. Xilasedicilər avtomobildə yaranan yanğını söndürüb, sürücünün kül olmuş meyitini tapıblar.

Faktla bağlı Ermənistan CM-nin 2-ci maddəsinin 242-ci bəndi üzrə (ehtiyatsızlıq üzündən insanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi) cinayət işi başlanıb.

Məlumata görə, L.Xomyakov Gümrüdə yerləşən Rusiya hərbi bazasında xidmət edirmiş...

Virtualaz.org