Müşviq İsmayılovu ermənilər öldürüb, yoxsa...?

Müşviq İsmayılovu ermənilər öldürüb, yoxsa...?

 Səfirlik Polşada azərbaycanlı tələbənin ölümü faktını nəzarətə götürüb

Azərbaycanın Polşadakı səfirliyi noyabrın 9-da Polşanın Dlugolenka şəhərində 1989-cu il təvəllüdlü Müşviq Asif oğlu İsmayılovun meyitinin tapılması ilə bağlı məsələni nəzarətə götürüb.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva məlumat verib.

Onun sözlərinə görə, Dlugolenka Şəhər Polis Komissarlığından Azərbaycan səfirliyinə verilən məlumatda M.İsmayılovun meyitinin yaşadığı mənzilin yerləşdiyi istiqamətdə meşə massivində tapıldığı bildirilib: "Polisin məlumatında tibbi ekspert rəyinə əsasən, mərhumun özünü asaraq intihar etdiyi qeyd olunub.

Mərhumun ailəsi ilə əlaqə saxlanılıb və yaxınlarının onun intihar etməsinə şübhə ilə yanaşdığını və meyitin təkrar daxili tibbi ekspertizadan keçməsi müraciətini nəzərə alaraq səfirlik tərəfindən Dlugolenka Şəhər Prokurorluğuna müraciət edilib. Baş vermiş hadisə səfirliyin nəzarətindədir".

Qeyd edək ki, Müşviqi yaxından tanıyanlar onu ermənilərin öldürüb cəsədin meşədə asdıqlarını bildirib: "Cəsəd bir neçə gün meşədə qalıb, cəsəd kəndlilər tərəfindən tapılıb, kəndlilər dərhal polisə məlumat verib. Hazırda polis cinayətkarları axtarır. Müşfiq İsmayılov hələ uşaq ikən, valideynlərini itirb. Çox savadlı vətənpərvər bir insan olub. İlkin versiyaya görə, ermənilər Müşfiqi Azərbaycana dəstək mitinqində iştirak etdiyinə görə oğurlayıb naməlum yerə aparıb öldürüb cəsədində izi itirmək ücün meşədən asıblar".

Diasporla iş üzrə Dövlət Komitəsi isə olayı araşdırmadan tələm-tələsik "Müşviq İsmayılov intihar edib" xəbərini paylaşıb. Lakin Müşviqi yaxından tanıyanlar bildirib ki, o, dindar olub. Dindarlar isə intiharı qəbul etmirlər. Çünki bu islam dinində Allaha qarşı üsyan etmək sayılır.