Şəhid Denis Aleksandroviç Pronin doğum günüdür

Şəhid Denis Aleksandroviç Pronin doğum günüdür

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi Şəhidi Denis Aleksandr oğlu Əliyevin mübarək mövlud günüdür.

Vetenugrunda.az oxucularına Şəhidimizi xatırladacaq:

Denis Aleksandroviç Pronin (Denis Əliyev) 1989-cu il mayın 26-da Xətai rayonunda anadan olub.

O, 1995-2006-cı illərdə Xətai rayonunda T. Bağırov adına 59 nömrəli tam orta məktəbində təhsil alıb. 

Denis Əliyev Vətən müharibəsi zamanı Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Denis Əliyev oktyabrın 6-da Cəbrayıl döyüşləri zamanı Şəhid olub. Xətai rayonunda dəfn olunub.

"Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. 

Ailəli idi. 8 yaşlı bir qızı yadigar qaldı.