Şəhid jurnalistlərimiz medalla təltif olunub

Şəhid jurnalistlərimiz medalla təltif olunub

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəhid media nümayəndələri Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimov və  Azərbaycan Televiziyasının operatoru Sirac Abışov təltif edilib.

Vetenugrunda.az-ın verdiyi xəbərə görə, bununla bağlı Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov əmr imzalayıb. Əmrə əsasən, İbrahimov Məhərrəm Əli oğlu və Abışov Sirac Abış oğlu "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə" medalı ilə təltif ediliblər.

Qeyd edək ki, adıçəkilən jurnalistlərimiz 4 iyun 2021-ci il tarixində, Kəlbəcər rayonu ərazisində yerləşən Susuzluq kəndi yaxınlığında avtomobillə gedərkən yoldakı minanın partlaması nəticəsində Şəhid olublar.

Ermənilərin basdırdığı minanın partlaması nəticəsində avtomobilidə olan Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də Şəhid olub.

Müxtəlif ölkələrin Azərbaycandakı səfir və səfirlikləri, o cümlədən YUNESKO, "Human Rights Watch", Avropa Şurası, ATƏT və Beynəlxalq Jurnalistlər Federasiyası hadisəyə görə öz narahatlıqlarını bildirmiş və zərərçəkənlərə başsağlığı verib.