"Şəhidin övladını həkimlər öldürüb"

"Şəhidin övladını həkimlər öldürüb"

Ötən gün Azərbaycan Silahlı Qüvvələrinin kapitanı, Vətən müharibəsi şəhidi Həmid Cəfərlinin övladı faciəvi şəkildə vəfat edib.

2017-ci il təvəllüdlü Hüseyn Cəfərli şokolad kağızının qida borusunda qalması şübhəsi ilə axşam saatlarında xəstəxanaya gətirilib.

Müayinə zamanı azyaşlının nəfəs borusunu yad cismin deşməsi nəticəsində öldüyü müəyyən olunub.

Məsələ ilə bağlı azyaşlının babası Etibar Cəfərli açıqlama verib.

O nəvəsinin həkim səhlənkarlığının qurbanı olduğunu bildirib:

"Uşağa ilkin tibbi yardım göstərilməyib. Hüseynin nəfəs borusuna şokolad kağızı yığışıb, ağlayıb. Onu anında deşməli idilər və ya təcili olaraq başqa xəstəxanaya göndərməli idilər. Uşaq Daşkəsəndən xəstəxanaya yeriyərək, gülə-gülə gedib. Vəziyyəti ağır olmayıb".

2 saylı nömrəli Birləşmiş Xəstəxanadan isə bildirilib ki, azyaşlı xəstəxanaya gec gətirilib və səhhəti ağır olub.

Hüseyn Cəfərli Vətən Müharibəsi Şəhidi Həmid Cəfərlinin üç övladından biri idi.(bakupost.az -a)